Yunanıstanda polis türk mafiyasına qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, 10 Türkiyə və bir Livan vətəndaşı həbs edilib.
Sözügedən şəxslər haqda sənəd saxtalaşdırma, narkotik qaçaqmalçılığı və s. ittihamlarla cinayət işi açılıb.
Xatırladaq ki, bu, türkiyəli şəxslərə qarşı ikinci əməliyyatdır. Dekabrın 11-də xeyli sayda şübhəli ələ keçirilib.