Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya Federasiyasının dörd regionu üzərində 10 pilotsuz uçan aparatı vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz telegram kanalında məlumat yayıb.
“Saat 8:20-dən 11:30-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 10 pilotsuz uçuş aparatını məhv edib”, - nazirliyin açıqlamasında bildirilir.
Hərbçilər Leninqrad vilayəti ərazisi üzərində üç, Pskov vilayəti ərazisi üzərində biri, Kursk vilayəti ərazisi üzərində digər pilotsuz təyyarə və Voronej vilayəti ərazisi üzərində beş pilotsuz təyyarə vurub.