4 Yanvar 10:02
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqun "Pulkovo" hava limanı uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün Moskva vaxtı ilə saat 07:45-dən etibarən Sankt-Peterburqun "Pulkovo" hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

“Gazeta.ru” SHOT Telegram kanalına istinadən isə xəbər verir ki, enən altı təyyarə Ladoqa gölü ərazisindəki gözləmə zonasındadır. Söhbət Çerepovets, Tümen, Çelyabinsk, Samara, Novosibirsk və Permdən uçuşlardan gedir. Məhdudiyyətlərin tətbiqi İHA hücumu təhlükəsi ilə bağlıdır.

Ötən gecə Leninqrad vilayəti üzərində səmada pilotsuz uçuş aparatı məhv edilib. Regionun qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, itki yoxdur.


Müəllif: Pərvin Cəfərova