Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq amerikalı sahibkar İlon Maskdan kömək istəyib.
Teleqraf.com xəbər verir ki, Striting iş adamından pedofiliya ilə mübarizədə onlara yardım etməsini xahiş edib.
"Biz Maskla işləməkdən məmnun olarıq", - deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, Maskın Böyük Britaniyaya qarşı səsləndirdiyi bəzi ittihamları qəbul etmir.