4 Yanvar 21:08
4 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kiyevdəki hədəfləri vurmaq üçün “Oreşnik” ballistik raketindən və ya “İsgəndər” operativ-taktiki raket sistemlərindən istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi ekspert Vasili Dandıkin “Vzqlyad” qəzetinə müsahibəsində bildirib .

O, Rusiyanın Ukrayna ərazisindən raket hücumlarına davamlı cavab verdiyini vurğulayaraq, gələcək əməliyyatlarda “Oreşnik” və “İsgəndər” raketlərindən istifadənin mümkünlüyünə işarə edib.

Dandıkinin sözlərinə görə, “İsgəndər” kompleksi Ukrayna paytaxtında obyektləri effektiv şəkildə hədəfə almağa qadirdir.

“Hesab edirəm ki, yaxın gələcəkdə bəzi hadisələr baş verməlidir. Hazırda Ukraynanın hücuma hazırlaşması ilə bağlı çoxlu söz-söhbət olsa da, optimizm üçün heç bir əsas yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər