4 Yanvar 09:35
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dollara böyük silah partiyasının mümkün satışı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Bildirilib ki, silah partiyasına döyüş təyyarələri və helikopterlər üçün döyüş sursatları da daxildir.

"Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına qırıcı təyyarələr üçün AIM-120C-8 AMRAAM hava-hava raketləri, diametrli bombalar, JDAM dəstləri də daxildir" - nəşr yazır.


Müəllif: Pərvin Cəfərova