4 Yanvar 23:36
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Xalq Partiyasının (ANP) kansleri Karl Nehammer Sosial Demokratlar Partiyası (SDPA) ilə koalisiya hökumətinin yaradılması üzrə danışıqların nəticəsiz qalmasına görə istefa verəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X-də dərc olunan videomüraciətində bildirib.

"Danışıqlar başa çatdıqdan sonra mən aşağıdakıları edəcəm: yaxın günlərdə federal kansler və ANP-nin rəhbəri vəzifəsindən istefa verəcəyəm və nizamlı keçidi təmin edəcəyəm", - Nehammer bildirib.

Bir gün əvvəl Avstriya prezidenti Aleksandr Van der Bellen Avstriya Xalq Partiyası və Avstriya Sosial Demokrat Partiyasını hakim koalisiyanın yaradılması istiqamətində işi mümkün qədər tez davam etdirməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər