Əməkdar artist, tanınmış aparıcı Sevda Ağazadə Həcc ziyarətinə yollanıb.
Teleqraf.com xəbər verir ki, o, hazırda Səudiyyə Ərəbistanının Məkkə şəhərindədir.
Aparıcı bu barədə paylaşım edərək, hislərini belə ifadə edib.
"Burada o qədər gözəl enerji aldım ki, ömrümün axırınadək mənə bəsdir. İnsanların şərləri, dedi-qoduları, atmaca sözləri mənlik deyil. Mən 3 dəfə Allahın lütfünü gördüm. Bunun qarşısında hər ṣey çox cılızdır. Sevdiyim insanlar yenə də mənimlədir"-, Ağazadə qeyd edib.
1984-cü ildən etibarən Azərbaycan Televiziyasında çalışan Sevda Ağazadə 5 ildir ki, Teleradio Akademiyasında müəllim kimi fəaliyyət göstərir. Akademiyada aparıcı-müxbir və redaktor qruplarında "Nitq mədəniyyəti" ixtisasını tədris edir. Teleradio Akademiyasının Himninin və "Kiçik hekayələr" müsabiqəsinin layihələrinin rəhbəridir.