Çin Xalq Respublikasl Yeni Orleandakı terror aktını qınayaraq, həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Ninq açıqlama verib.
“Çin bu qəddar hücumdan dəhşətə gəlib. Ölkəmiz hər zaman mülki əhaliyə qarşı istənilən zorakı və terror aktlarına qarşı çıxıb,” – deyə Mao Ninq bildirib.
O həmçinin qeyd edib ki, Çinin ABŞ-dəki səfirliyinə həlak olan və ya zərərçəkən çinli vətəndaşlar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, ötən gün Şəmsud Din Cabbar adlı Amerika vətəndaşı avtomobili yüksək sürətlə insanların üzərinə sürüb.
Daha sonra avtomobildən enərək, ətrafdakı insanlara atəş açıb.
Son məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Polislər tərəfindən zərərsizləşdirilən cinayətkarın üzərindən İŞİD bayrağı tapılıb.