ABŞ-də güclü qar yağışı və buzlanma ilə müşayiət olunan qar fırtınası təxminən 2 min km məsafəyə uzana bilər və təxminən 62 milyon insana təsir edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, şənbə günündən bazar ertəsinə kimi ABŞ-nin mərkəzi hissəsindən şərq sahillərinə qədər olan ərazini pis hava şəraiti əhatə edə bilər. Bəzi ərazilərdə bir futdan çox yağış yağa bilər, tufan güclü küləklərlə müşayiət oluna bilər və buzlanma elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Meteoroloqlar ən çox yağıntının Missuri, İllinoys, İndiana, Ohayo və Qərbi Virciniya ştatlarında olacağını proqnozlaşdırırlar.
Luiziana, Arkanzas və Missisipi ştatlarında güclü yağış və tufan baş verə bilər ki, bu da bəzi ərazilərdə daşqın riski yarada bilər.