ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla danışıqlar aparmaq istədiyinə əmin olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərlə söhbətində Putinlə görüşün mümkünlüyünü şərh etməkdən imtina edib.
“Mən sizə bu barədə heç nə deyə bilmərəm. Lakin bilirəm ki, Putin görşümək istəyərdi”, - deyə siyasətçi Rusiya dövlətinin başçısı ilə nə vaxt görüşmək niyyətində olduğu sualına cavab verib.