8 Yanvar 19:45
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın “Air Astana” aviaşirkətinin təyyarəsi nasazlıq səbəbindən Aktau hava limanına məcburi eniş edib.

Teleqraf.com xəbər verir ki , bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 8-də Almatı- Antalya istiqamətində KS915 reysini yerinə yetirən Airbus A321 təyyarəsi yerli vaxtla saat 08:35-də hava limanından havaya qalxıb. Havada aşkarlanan nasazlığa görə təyyarə Aktau hava limanına məcburi eniş etməli olub", - məlumatda deyilir.

Məlumata görə, təyyarənin mərkəzi çənin yanacaq sisteminin təhlükəsizlik klapanının nasazlığı səbəbindən eniş etdiyi bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər