8 Yanvar 19:56
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brüsseldə Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı müzakirələr gedir".

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristian Vaqner bildirib.

“Suriya Bəşər Əsəd dönəmində yerli əhaliyə qarşı amansız repressiyalar nəticəsində BMT və Aİ tərəfindən sanksiyalar tətbiq edilib. İndi Suriyada yeni vəziyyət yaranıb və təbii ki, mövcud sanksiyalara da yenidən baxılır”, - Vaqner bildirib.

O qeyd edib ki, vətəndaş müharibəsi zamanı ağır cinayətlərdə iştirak edən və keçmiş prezident Bəşər Əsəd rejimini dəstəkləyən şəxslərə qarşı sanksiyalar götürülməyəcək.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Suriya əhalisinə dəstək çərçivəsində əvvəllər Əsəd rejiminin nəzarətində olan Suriya iqtisadiyyatının bəzi sahələrinə qarşı sanksiyaların yumşaldılması imkanları müzakirə edilir. Vaqner əlavə edib ki, məhdudiyyətlərə yenidən baxılması ilə bağlı yekun qərarı yalnız Aİ ölkələri birlikdə qəbul edə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər