8 Yanvar 09:33
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyada antiterror əməliyyatlarını davam etdirir. ABŞ-nin dəstəyi ilə Ayn əl-Ərəbdə məskunlaşan və bölgədən çıxmaq istəməyən PKK/YPG terror təşkilatı davamlı olaraq Türk Silahlı Qüvvələrinin dəmir yumruğunu başları üzərində hiss edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Döyüş təyyarələri, PUA və artilleriya atəşi ilə indiyədək çoxlu sayda can və hərbi texnikanı itirən terrorçular hərəkət qabiliyyətindən məhrum olunurlar.

Axşam saatlarında təşkilatın təbliğat fəaliyyəti üçün də istifadə edilən Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən vurulub. Bu əməliyyatla terror təşkilatı internetdən məhrum edilib. Bir çox terrorçunun zərərsizləşdirildiyi barədə məlumat da var. Təşkilat arasında əsas fikir ondan ibarətdir ki, bu həmlələr mümkün böyük əməliyyata hazırlıqdır.

Dünən Türkiyə F-16-ları Raqqanın qərbində əl-Camiyyə xəttində PKK/YPG hədəflərinə qarşı silsilə əməliyyatlar keçirib və bu zaman çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Həmçinin Türkiyə Silahlı Qüvvələrinin Tişrində və Ayn İsa ətrafında təşkilatın mövqeləri, tunelləri və zirehli texnikasına qarşı hava əməliyyatı keçirdiyi, Ayn İsa ətrafında və M-4 magistral yolu yaxınlığındakı PKK/YPG mövqelərinin ələ keçirildiyi bildirilib.

Türkiyə PUA-ları Raqqanın qərbindəki Çərniyə kəndində PKK/YPG liderlərinin toplaşdığı obyektə çırpılıb. Həmin an təşkilatın səhra komandirlərinin binada olduğu deyilib. Terror təşkilatında çoxlu itkilərin olduğu qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər