Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əl-Şəra ilk xarici səfərini Türkiyəyə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Nəşr bildirir ki, səfər yaxın günlərdə baş tutmalı idi, amma proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salınıb.
Səfər zamanı əl-Şəranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Suriyanın yeni lideri Bəşər Əsəd rejiminin devrilməsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etmək niyyətindədir.