ABŞ sakinlərinin yarıdan çoxu ABŞ-nin hazırkı prezidenti Co Baydenin zəif dövlət başçısı kimi tarixə düşəcəyinə inanır.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Gallup sorğu xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, aparılan sorğuda iştirak edən Amerika vətəndaşlarının təxminən 54%-i Baydeni mənfi ifadələrlə xarakterizə edib. Belə ki, onların 17%-i hazırkı dövlət başçısının tarixə pis prezident kimi düşəcəyini, 37%-i isə Ağ Evin çox pis sahibi kimi yadda qalacağını düşünüb.
Respondentlərin 26%-i Baydenin tarixdə normal prezident kimi qalacağını, 13%-i isə yaxşı kimi yadda qalacağını deyib.
Amerika vətəndaşları arasında sorğu keçən il dekabrın 2-dən dekabrın 18-dək aparılıb. Burada 1003 yetkin ABŞ sakini iştirak edib.