Rusiya qüvvələri Liman istiqamətində Ukrayna ordusunun müdafiəsini yarıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Aydar” batalyonunun taqım komandiri Stanislav Bunyatov məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə çətin vəziyyət hökm sürür.
“Liman istiqamətində müdafiəmizi yarıb keçə bildilər, İvanovkadan Kolodyazı kəndinə doğru irəliləyirlər, vəziyyət ağırdır”, - komandir bildirib.