8 Yanvar 18:05
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Moskvadan silah tədarükünün qarşısını alır və Serbiyanı əvvəllər bağlanmış müqavilələrin ləğvinə məcbur edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Milan Moysiloviç bildirib.

“Hazırda Rusiyadan silah tədarükü praktiki olaraq mümkün deyil. Diplomatik kanallarla mövcud vəziyyətdən çıxış yolları tapmağa çalışırıq. Qlobal səviyyədə dövlətlərarası münasibətlərdə vəziyyətin normallaşacağına və bu müqavilələrin həyata keçirilməsinə imkan verəcəyinə ümid edərək bəzi müqavilələrə xitam verdik, digərlərini isə təxirə saldıq”, - general vurğulayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç daha əvvəl söyləmişdi ki, Qərb Belqrada Rusiyadan silah-sursat almasına icazə vermir.

Prezident qeyd etmişdi ki, Rusiyaya “Krasuxa” və “Repellent” elektron döyüş sistemləri sifariş edilsə də, sanksiyalara görə ala bilmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər