8 Yanvar 16:05
4 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görəcəksiniz, Suriyada dərinləşən problemi də biz həll edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu İstanbul böyükşəhər bələdiyyəsinin (Türkiyə) sədri Əkrəm İmamoğlu deyib.

"Mən millət üçün, vətən üçün çalışıram. Görəcəksiniz, Suriyada dərinləşən problemi də biz həll edəcəyik", - qurum rəhbəri bildirib.

Türkiyənin bəzi nəşrləri bələdiyyə sədrinin açıqlamasını “İmamoğludan qəribə Suriya vədi” başlığı ilə oxucularına təqdim ediblər.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən bir gün əvvəl İmamoğlunun üzvü olduğu CHP-nin sədri Özgür Özəl Türkiyə hökumətini Əsədlə danışıqlara çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər