8 Yanvar 14:47
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsi danışıqlarının təfərrüatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, müzakirə olunan 17 maddədən 15-i üzrə razılığın əldə olunduğunu, razılaşdırılmayan 2 maddə ilə bağlı isə Ermənistanın öz təkliflərini verdiyini bildirib.

Mirzoyan nəqliyyat kommunikasiyalarının açılmasından danışaraq qeyd edib ki, bu, təkcə Ermənistan-Azərbaycan nəqliyyat marşrutlarının blokdan çıxarılması ilə məhdudlaşmır, daha geniş beynəlxalq gündəmi əks etdirir.

Xarici işlər naziri ilk mərhələdə Ermənistanın cənubundan (Zəngəzur) keçən dəmir yolunun açılmasını təklif etdiklərini söyləyib:

“Biz sərhəddə gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsini, həmçinin eyni yüklər üçün əlavə təhlükəsizlik mexanizmlərini təklif etmişik. Azərbaycan tərəfinin ilkin reaksiyası müsbət təəssürat yaradıb, sonrasını görəcəyik”.

Mirzoyan İranın bu məsələ ilə bağlı mövqeyinə də toxunaraq, Ermənistan-İran sərhədinin artıq erməni sərhədçiləri tərəfindən nəzarətdə saxlanıldığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər