Kanadanın baş naziri Castin Trüdo ABŞ-nin yeni prezidenti Donald Trampın ölkənin ABŞ-ə daxil edilməsi təklifinə cavab verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"Kanadanın Birləşmiş Ştatların bir hissəsi olmasının heç bir yolu yoxdur", - o qeyd edib.
Castin Trüdo əlavə edib ki, hər iki ölkədəki işçilər və icmalar qarşılıqlı ticarət və təhlükəsizlik tərəfdaşlığından faydalanır.
Trüdo açıqlamasında "Heç vaxt belə bir şey olmayacaq. Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq", deyərək bu məsələni müzakirə belə etmək istəmədiyini diqqətə çatdırıb.