7 Yanvar 21:23
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə Saakaşvili, nə də Zurabişvili Gürcüstanın xidmətində olmayıb, hər ikisi onları işə götürən quruma qayıdıb”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb.

Sabiq prezident S.Zurabişvilinin ABŞ-ın “Makkeyn İnstitutu”nun təqaüdünə layiq görülməsi məsələsinə münasibət bildirən spiker qeyd edib ki, təxminən 12 il əvvəl oxşar jest Tafts Universitetində başqa bir eks-prezident Mixail Saakaşviliyə də edilib.

“Hər ikisi bu təklifi həvəslə qəbul etdilər. Təkcə Gürcüstana sədaqət andı içməsinə baxmayaraq, Saakaşvili sonradan Ukrayna vətəndaşı oldu və Zurabişvili də çox güman ki, vətəni Fransaya qayıdacaq”, - Ş.Papuaşvili yazıb.

Qeyd edək ki, S.Zurabişvili “Makkeyn İnstitutu”nun Kissincer təqaüdçüsü olub. Təşkilatdan bildirilib ki, sabiq dövlət başçısı diplomat, lider və siyasətçi kimi təcrübəsindən Gürcüstanda yeni seçkilərin və demokratik islahatların təşviqi üçün istifadə edəcək. S.Zurabişvili öz növbəsində təqaüdə layiq görülməsini böyük şərəf adlandırıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər