"ABŞ Kanadanı bir həftəyə fəth edə bilər".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Amerikalı köşə yazarı və yazıçı Mett Uolş "X" sosial şəbəkə hesabında yazıb.
“Qrenlandiyanı əldə etmək istəyiriksə, heç olmasa Kanadanı almağı düşünməliyik. Şimali Amerika bizim olmalıdır. Təxminən bir həftəyə Kanadanı qansız-qadasız fəth edə bilərik” - Uolş bildirib.