8 Yanvar 12:12
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramı sahəsində Avropa ölkələri ilə danışıqların yeni mərhələsinə başlamazdan əvvəl Parisi qeyri-konstruktiv yanaşmasına yenidən baxmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Tehranın uranın zənginləşdirilməsinə dair səylərinin geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşdığını söyləyib.

Fransa lideri xəbərdarlıq edib ki, 2015-ci ildə İranla imzalanmış nüvə sazişi çərçivəsində heç bir irəliləyiş əldə olunmasa, Tehrana qarşı sanksiyaların bərpası nəzərdən keçirilməlidir.

İran XİN-in sözçüsü İsmayıl Bəqayi bundan sonra "X" hesabında yazıb:

“Nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edən və İsrailin nüvə silahı əldə etməsində böyük rol oynayan bir hökumətin həqiqətə uyğun olmayan iddiaları aldadıcı və proyektivdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər