8 Yanvar 18:34
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisinin mərkəzində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 30 yaşlarında gənc qarın nahiyəsindən xəsarət alıb.

Yerli medianın yaydığı məlumata əsasən, yaralanan şəxs Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının komandanı, briqada generalı Roman Coxadzenin oğludur.

Qanlı qarşıdurmanın qonşular arasında mübahisə zəminində baş verdiyi bildirilir.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı istintaq tədbirləri aparılır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər