Ötən gün Kişineu hava limanında poçt bağlamaları arasında partlayıcı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, oyuncaq avtomobilə bənzəyən partlayıcı qurğu Ukraynadan göndərilib və Gürcüstana çatdırılması nəzərdə tutulub.
Hava limanına kriminalistika ekspertiza mərkəzinin mütəxəssisləri çağırılıb və onlar şübhəli əşyanı zərərsizləşdiriblər.
Faktla bağlı araşdırma aparılır, bağlamanı göndərən və alan şəxsin kimliyi müəyyənləşdirilir.