8 Yanvar 14:50
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və digər Avropa İttifaqı ölkələri Suriya əhalisinin humanitar yardımlara çıxışını əngəlləyən sanksiyaları sürətlə ləğv edə bilərlər, amma digər məhdudiyyətlər təhlükəsizlik vəziyyətinin inkişafı və yeni hakimiyyətin gələcək hərəkətlərindən asılı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Humanitar yardıma və ölkənin bərpasına mane olan sanksiyalar tez bir zamanda aradan qaldırıla bilər”, - nazir vurğulayıb.

Barro əlavə edib ki, heç kim Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, onun ailəsi və administrasiyasının üzvlərinə qarşı sanksiyaları ləğv etmək fikrində deyil.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər