8 Yanvar 12:33
10 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülhün əldə edilməsi strategiyasına sadiq qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan sülh strategiyasına sadiq qalacaq və sülh gündəmini ardıcıl olaraq davam etdirəcək. Biz bundan sonra da sərhədlərin delimitasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi, humanitar və digər məsələlərin aydınlaşdırılmasına diqqət yetirəcəyik”, - baş nazir bildirib.

İki ölkə arasında nəqliyyat yollarının açılmasına gəlincə, Paşinyan bu kontekstdə Azərbaycana verilən təklifdən danışıb:

“Azərbaycana Yerasx-Sədərək-Ordubad-Mehri-Zəngilan dəmir yolunun açılması (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında - red.) ilə bağlı konkret təklif vermişik. Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra əldə olunan razılaşma kağız üzərində yazılacaq və biz dəmir yolunun bizim tərəfimizə düşən hissəsinin tikintisinə başlayacağıq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - prezident vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər