7 Yanvar 23:13
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp HƏMAS girovları azad etmədiyi təqdirdə regionda vəziyyətin çətinləşəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.

“Mən gələnə qədər girovlar azad edilməsə, Yaxın Şərqdə cəhənnəm olacaq. Bu, HƏMAS-a və ya düzünü desək, heç kimə xeyir verməyəcək”, - Tramp deyib.

Tramp planlarını daha ətraflı izah etməyəcəyini bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər