8 Yanvar 17:03
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni administrasiyasının ticarət siyasəti Türkiyəyə böyük təsir göstərə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

“ABŞ-nin yeni ticarət siyasəti bizə böyük təsir göstərə bilər, çünki Çinin ixracı istiqamətini dəyişəcək. Əgər ABŞ-nin yeni administrasiyası (Donald Tramp) seçkidən əvvəl dediklərinə uyğun hərəkət etsə və Çinə rüsumları 60 faiz artırsa, bu, dolayı yolla bizə ciddi təsir edə bilər. Çin və ya hər hansı digər ölkə mövcud, artıq qurulmuş sistemini pozmayacaq. Bu potensialı digər bazarlara yönəltməyə çalışa bilərlər. Bu, üçüncü bazarlarda da bizə təsir edəcək. Ticarət müharibələri sürət qazana bilər”, - nazir qeyd edib.

Şimşək vurğulayıb ki, Türkiyənin ixracının dörddə üçü bu tendensiyalara bir qədər daha davamlıdır:

“Amma immunitet yoxdur. Bu məsələləri nəzərə almalıyıq. Regionumuzda mühüm sənaye bazasıyıq və yaxın coğrafiyamızla dostuq. Türkiyə logistika baxımından da çox əhəmiyyətli bir bazadır. Qlobal ticarətdə parçalanma və ciddi qeyri-müəyyənlik var. Türkiyənin quruluşu möhkəmdir. Pessimist olmaq üçün heç bir səbəb yoxdur. Bəllidir ki, ehtiyat tədbirləri görməliyik. Bunu yaxından izləyirik və müəyyən sahələrdə tədbir görürük”.

Maliyyə naziri əlavə edib ki, Türkiyə iqtisadiyyatındakı zəifliklər xeyli azaldılıb, ölkənin makro-maliyyə sabitliyi indi daha güclüdür, lirəyə inam artıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər