8 Yanvar 09:59
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə fransalı həmkarı ilə Dəməşqə səfər edən Almaniya xarici işlər naziri Annalena Berbok Suriya lideri Əhməd Şəradan YPG terror təşkilatına xüsusi imtiyaz tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Alman nazir Suriyanın yeni hökumətinin PKK/YPG-yə qarşı irəli sürdüyü üç şərt üzrə danışıqlarda irəliləyiş əldə olunarsa, əməliyyat planının ləğv edilməsini istəyib. Berbok YPG-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı tövsiyələrini çatdıracaqlarını bildirib. Şəra isə terror təşkilatının tərksilah edilməsində qərarlı olduqlarını onun diqqətinə çatdırıb.

Türkiyə nəşri yazır ki, İŞİD terror təşkilatına qarşı mübarizə bəhanəsi ilə PKK/YPG-yə dəstək verən ABŞ Pensilvaniya Milli Qvardiyasına bağlı peşəkar hərbi mütəxəssis heyətini Yaxın Şərqə göndərir. Heyətin Suriya və İraqdakı ABŞ qüvvələrinə dəstək məqsədilə bölgəyə gələcəyi bildirilib.

“Əsəd rejiminin bütün qırğınlarına göz yuman, amma rejim devrildikdən sonra “suriyalılara nəsihət yarışı”na başlayan Qərb ölkələrindən biri olan Fransanın Prezidenti Emmanuel Makron kürdləri PKK/YPG terror təşkilatı ilə eyniləşdirib. Makron Suriyada “terrorla mübarizədə Qərblə ittifaqda olan kürdlər”i tək qoymayacaqlarını söyləyib”, - məqalədə qeyd edilib.

Suriya lideri Şəranın Fransanın islahat və digər tələblərinə reaksiyası belə olub:

“Hökuməti biz dəyişdirdik, qaydaları da biz qoyacağıq. Sözləriniz tələb kimi deyil, yalnız məsləhət kimi dinlənilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər