Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın dəstəyi ilə imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.
Siyasətçi müqavilənin bu il imzalanacağını proqnozlaşdırır.
“Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, “yox” deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq”, - Cəfərli vurğulayıb.