01:33
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp Meksika körfəzinin adını “Amerika körfəzi” etmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.

Onun sözlərinə görə, bu qərar onun administrasiyasının siyasətinin yeni hissəsi olacaq.

“Biz bunu tezliklə elan edəcəyik. Bu bölgədə işlərin çoxunu biz görürük və o, bizimdir. Biz Meksika Körfəzinin adını "Amerika Körfəzi" olaraq dəyişdirəcəyik”, - Tramp vurğulayıb.

Qərarın nə vaxt veriləcəyi məlum deyil.


Müəllif: Arzu

Oxşar xəbərlər