ABŞ-nin yeni prezidenti Donald Tramp andiçmə mərasimindən sonra idxala rüsumlar tətbiq etmək üçün iqtisadi sahədə fövqəladə vəziyyət elan edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
“Tramp müttəfiqlərə və düşmənlərə külli miqdarda tariflərin tətbiq edilməsinə hüquqi əsaslandırma təmin etmək üçün milli iqtisadi fövqəladə vəziyyət elan etməyi düşünür”, - məlumatda deyilir.
Telekanalın məlumatına görə, Tramp ikinci dövründə qlobal ticarət balansını bərpa etməyə çalışır.