8 Yanvar 22:18
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In Şimali koreyalılara hot-doq yeməyi və boşanmağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, Kim Çen In hot-doqları Qərb yeməyi sayır və onu yeməyi vətənə xəyanətlə eyniləşdirib. Hot-doq hazırlayanlar məcburi əmək düşərgəsinə göndəriləcək.

Bundan başqa Kim Çen In boşanmağı da qadağan edib. Boşanmaq istəyənlər altı aya qədər dövlətə xidmət etməli olacaqlar. Nəşr qeyd edir ki, boşanmaq istəyən qadınlar daha uzun həbs cəzası ilə üzləşə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər