"Müəyyən rus meyilli qrup ölkədə keçiriləcək prezident seçkilərinə təsir etməyi planlaşdırır".
Teleqraf.com xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Kşiştof Qavrovski TVN24 telekanalına müsahibəsi zamanı deyib.
Qavrovskinin sözlərinə görə, Polşada müəyyən edilən qrup Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi tərəfindən maliyələşib və hazırlanıb. Polşa baş nazirinin müavini iddia edir ki, sözügedən şəxslərin dezinformasiya yaymaqla və oxşar fəaliyyətlər üçün insanları cəlb etməklə seçkilərə müdaxilə etməyə hazırlaşıb.