10:53
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidanın PKK/YPG/PYD terror təşkilatının Dəməşqlə razılığa gələ bilməməsi halında hərbi variantın masada olacağı mesajının ardınca Suriyanın şimalında yerləşən təşkilat ABŞ və Fransadan dəstək istəyib. Yanvarın 20-də ABŞ-də vəzifəsinin icrasına hazırlaşan yeni Prezident Donald Trampdan indiyədək müsbət siqnal ala bilməyən YPG-nin ənənəvi dəstəkçisi Fransanı bu işə cəlb etməyə çalışması diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

PYD/YPG-nin liderlərindən İlham Əhməd Fransanın “Monde” kanalına bu sözləri deyib:

“ABŞ və Fransa (Türkiyə ilə) bütün sərhədi qoruya bilər. Hərbi koalisiyanın bu məsuliyyəti öz üzərinə götürməsinə hazırıq. Fransızlardan hərbsizləşdirilmiş zonanın təhlükəsizliyini təmin etmək üçün sərhədə qoşun göndərmələrini, ərazinin qorunmasında bizə kömək etmələrini və Türkiyə ilə yaxşı münasibətlər qurmalarını xahiş edirik. Fransa Türkiyəni sərhəddəki mövcudluğunu qəbul etməyə inandırarsa, sülh prosesinə başlaya bilərik”.

Terrorçu ümid edir ki, məsələ yaxın həftələrdə öz həllini tapacaq.

Fransa Prezidenti Emmanuel Makron həftənin əvvəlində Parisin Suriyada PYD/YPG-ni tək qoymayacağını bildirib. Fransa xarici işlər naziri Jan-Noel Barro da amerikalı həmkarı Entoni Blinkenlə son görüşündə bu məsələni gündəmə gətirib.

Nəşr qeyd edir ki, terror təşkilatı Qərbə “müsbət mesajlar” verməyə çalışsa da, “muxtariyyət” iddiası ilə Suriya Milli Ordusu (SMO) ilə qarşıdurmanı davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər