09:38
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin Bəşər Əsəd rejiminin devrilməsindən sonra əldə etdiyi üstünlükdən narahatdırlar. Hər iki ölkə bu məsələni Cənubi Kiprlə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” Kipr rəsmisinə istinadla yazıb.

İsrail Prezidenti İshaq Hersoq və BƏƏ xarici işlər naziri dünən Suriyadakı hadisələri müzakirə etmək üçün Kipr prezidenti ilə ayrı-ayrılıqda görüş keçirib.

Təmaslar Cənubi Kipr Prezidenti Nikos Xristodulidisin misirli həmkarı və Yunanıstan baş naziri ilə Qahirədə keçirilən üçtərəfli sammitdə iştirakından bir gün sonraya təsadüf edib.

Rəsmi deyir ki, İsrail, BƏƏ, Misir, Livan, İordaniya və digər qonşu ölkələr arasında Suriya daxilində vəziyyətin necə cərəyan edəcəyi və bunun regionun gələcəyinə hansı təsirləri olacağı ilə bağlı fikirlərin yaxınlaşması müşahidə olunur.

İsrail nəşri Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatlarına da diqqət çəkib. Türkiyə bəyan edib ki, Suriyanın şimalında yerləşən təşkilat silahlarını yerə qoymasa, bu məsələ hərbi müdaxilə ilə həll ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər