10 Yanvar 20:46
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın hazırkı prezidenti Nikolas Maduro üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com "Heraldo" qəzetinə istinadən xəbər verir ki, inauqurasiya mərasimi yanvarın 10-da Karakasdakı Federal Qanunvericilik Sarayında baş tutub.

Maduro 2031-ci ilə qədər Venesuela prezidenti vəzifəsini icra edəcək.

İnauqurasiya mərasimi ötən ilin iyulunda ölkədə keçirilən seçkilərdən 5 ay sonra baş tutub. Rəsmi məlumata görə, Maduro 51,2% səslə qalib gəlib.


Müəllif: Arzu

Oxşar xəbərlər