17:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük orqanları ötən il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar edib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu faktlar üzrə, ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Bu, 2023-cü il ilə müqayisədə 2 dəfə azdır.

Aşkar edilən narkotiklərin 314 kq 989 qramını marixuana, 28 kq 755 qramını həşiş, 25 kq 570 qramını heroin, 6 kq 214 qramını tiryək, 583,491 qramını metadon, 2 kq 667 qramını metamfetamin, 330 qramını kalium permanqanat, 6,55 qramını zolpidem, 5,98 qramını klobazam və digər maddələr təşkil edib.

2024-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 96 nəfər barəsində tədbir görülüb.

Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 98,3%-i (372 kq 768 qram) cənub sərhədlərindən Azərbaycan ərazisinə keçirilərkən aşkarlanıb. 2024-cü ildə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin 90,2 %-i (342 kq 267 qram) Azərbaycan ərazisindən tranzit keçirilməsinə cəhd zamanı aşkar edilib.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər