"Ölkəmizə qarşı istənilən təhdidə qarşı sərt tədbirlər görəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək:
"Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzlərinin əvəzini ağır ödəyir və ödəyəcək. Bu gün biz husilərin Yəmənin dərinliklərindəki və qərb sahilindəki hədəflərinə zərbələr endirdik" - Netanyahu deyib.