01:58
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın 3-5 il ərzində dünyanın ən böyük bankları süni intellektin inkişafına görə, 200 min işçini ixtisar edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ixtisarlarla ən çox yerli ofislərdə işləyənlər, əməliyyat qrupları və yardım masasının moderatorları üzləşə bilərlər.

Nəşr bildirir ki, on respondentdən səkkizi generativ süni intellektin məhsuldarlığı və gəliri ən azı 5% artıracağını gözləyir.

Bəzi analitiklər süni intellektin əksər iş proseslərini avtomatlaşdıracağını, lakin ixtisasların tamamilə yox olmasına gətirib çıxarmayacağını bildiriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər