Rəsmi Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimini tanımır və onun tutulmasına görə mükafatı artırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Birləşmiş Ştatlar Maduronun ələ keçirilməsinə səbəb ola biləcək məlumatlara görə mükafatı 25 milyon dollara qədər artırıb, həmçinin daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabelonun harada olduğu barədə məlumat üçün də analoji məbləği ödəməyə hazırdır.
Bundan əlavə, müdafiə naziri Vladimir Padrino Lopes barədə məlumata görə 15 milyon dollar mükafat verəcək.