10 Yanvar 20:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Tramp sənədlərin saxtalaşdırılması işi üzrə hökmü dinləmək üçün yanvarın 10-da onlayn qaydada məhkəmədə iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məhkəmə prezident institutuna hörmət edərək Donald Trampı cəzadan azad etmək qərarına gəlib.

Hökm onu hər hansı həbs, cərimə, sınaq müddəti və ya Ağ Evə qayıtmasına təsir edə biləcək digər məhdudiyyətlərdən qeyd-şərtsiz azad edəcək.

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.


Müəllif: Arzu

Oxşar xəbərlər