Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin (1 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Daha 1 nəfər (kişi cinsli) bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.
Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.