18:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq kanslerin səlahiyyətlərini icra edən şəxs qismində and içib.

Teleqraf.com xəbər verir ki, Şallenberq istefa vermiş həmkarı mühafizəkar Karl Nehammeri əvəz edib.

O, ifrat sağçı Avstriya Azadlıq Partiyası ilə yeni koalisiya hökuməti qurulana qədər kansler olaraq qalacaq.

Ötən gün Avstriyanın şəhərlərində ifrat sağçıların hakimiyyətə gəlməsinin əleyhinə nümayişlər olub.

Ölkədəki siyasi böhrana görə, Karl Nehammer kansler və Avstriya Xalq Partiyasının lideri vəzifəsindən istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər