10 Yanvar 23:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Keir Starmer münaqişə bitdikdən sonra sülhməramlı kontingentin mümkün yerləşdirilməsi məsələsini müzakirə etmək üçün yaxın həftələrdə Ukraynaya səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyada Təmas Qrupunun toplantısından sonra jurnalistlərə Starmerin Kiyevə gözlənilən səfəri barədə danışıb.

Qeyd olunur ki, Ukrayna lideri Britaniya baş nazirinin səfərinin tarixini açıqlamayıb, lakin məsələ ilə bağlı məlumatlı mənbə bunun yaxın həftələrdə baş verəcəyini bildirib.

Ukrayna liderinin sözlərinə görə, britaniyalılar sülhməramlıların yerləşdirilməsi ideyasına müsbət yanaşırlar.

Bloomberg qeyd edib ki, bu, Starmerin 2024-cü ilin iyulunda baş nazir təyin olunduqdan sonra Ukraynaya ilk səfəri olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər