00:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətini sanksiya siyahısına daxil edib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Ştatlar bu addımı Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın bu qərarını şərh edərkən deyib: “Bu, Serbiyada bir şirkətə tətbiq edilən ən ağır sanksiyalardır. Ölkəmiz bu məsələdə məsuliyyətli və ciddi reaksiya verəcək. ABŞ-ın sanksiyaları çox sərtdir və bunu pozanlar üçün ciddi nəticələrə malikdir”.

Aleksandar Vuçiç bildirib ki, “NIS” son 16 ildə Serbiyanın həm büdcəsinə, həm də çoxsaylı inkişaf layihələrinə əhəmiyyətli töhfə verib.

Xatırladaq ki, Serbiya hökuməti 2008-ci ildə “NIS” şirkətini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər