01:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin müdafiə nazirinin keçmiş müavini İvor Kaplin pedofiliyada şübhəli bilinərək həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Britaniyanın sağçı populist “Reform UK” partiyasının lideri Naycel Faraj məlumat verib.

“İvor Kaplin bu gün pedofil ovçuları tərəfindən tutulduqdan sonra həbs edilib. Onun 15 yaşlı yeniyetmə ilə görüşməyə cəhd etdiyi iddia edilib”, - deyə siyasətçi bildirib.

Kaplin günahsız olduğunu iddia edir.

66 yaşlı kişinin pedofiliyada şübhəli bilinərək həbs olunduğu təsdiqləyib.


Müəllif: Arzu

Oxşar xəbərlər