ABŞ-nin yeni prezidenti Donald Tramp daha bir hüquqi problemlə üzləşib.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, mühakimə olunan pedofil siyasətçiyə qarşı 30.000 dollarlıq iddia qaldırıb.
onu emosional travmaya səbəb olan irqçi bəyanatla ittiham edib.
Kaliforniya həbsxanasında uşaq pornoqrafiyasına görə 25 il həbs cəzası çəkən 58 yaşlı Entoni Şarp Trampın 2024-cü ilin avqustunda etdiyi çıxışından emoional travma aldığını iddia edib. O, Trampın "miqrantlar qaradərililərin əlindən işlərini alır" çıxışını "qıcıqlandırıcı və irqçi" adlandırıb. Şarp hesab edir ki, bu ifadə qaradərililər üçün təhqiramizdir.
O, Donald Trampdan 30.000 dollara qədər təzminat tələb edir.
İddia Florida ştatının Palm Beach dairəsində qaldırılıb və dekabrın 2-də Trampın nümayəndəsinə təqdim edilib.